Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-28 14:17:00
Müəllimlərin yay məzuniyyəti başa çatdı  

Azərbaycanda orta məktəb müəllimləri üçün yay məzuniyyəti başa çatıb.

AzEdu.az  modern.az-a istinadən məlumat verir ki, sabahdan 29 avqust 2018-ci il tarixindən işə çıxmağa başlayacaqlar. 

Yeni tədris ilinin yaxınlaşması ilə əlaqədər məktəblərdə dərs bölgüsü də aparılacaq.

Qeyd edək ki, Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən, bütün ixtisas müəllimlərinə 56 təqvim günü müddətinə əmək məzuniyyəti verilir. Mövcud qanunvericiliyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə əmək məzuniyyətləri bir qayda olaraq yay tətili dövründə verilir.

Təhsil naziri Ceyhun Bayramov bir müddət öncə “Ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinə aid tədris planlarının təsdiqi haqqında” əmr imzalayıb.

Nazirin əmrinə müvafiq olaraq, 2018-2019-cu dərs ilində də ümumtəhsil məktəbinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14- də başa çatacaq. 

Dərs ili iki yarımilə bölünəcək:  birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:

5 gün payız tətili (16-20 noyabr); 
5 gün qış tətili (27-31 yanvar);
İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).