Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-28 13:00:00
MİQ imtahanlarının II turunun nəticələri açıqlandı

Müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan yerlərə əlavə yerləşdirmənin vakansiya seçiminin nəticələri məlum olub.

Bu barədə  Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd edək  ki, bu turda keçid balı toplayaraq işə qəbul oluna bilməyən  – vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan, vakant yer tutub müsahibəyə gəlməyən namizədlər iştirak ediblər. Onlar elektron ərizələrində səkkiz vakant yer seçə biliblər.

Namizədlərin vakant yerlərə elektron yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə həyata keçirilib.

Elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə 30-31 avqust tarixlərində müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları