Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-01 14:53:00
4 minə yaxın tələbə təhsil KREDİTİ alıb

 

2021-2022 tədris ilinin Yaz semestrində bu günə qədər Təhsil Tələbə Kreditindən yararlanan tələbələrin sayı açıqlanıb.

 

Ümumilikdə 3850 tələbəyə kredit verilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondu məlumat yayıb.

 

Onlardan 1344-ü sosial, 2506 nəfəri isə standart kredit növündən yararlanıb.

 

48 tələbənin müraciəti isə müvəkkil banka göndərilib.

 

Bundan əlavə emalda olan müraciətlərin də olduğu nəzərə çatdırılıb.