Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-28 11:26:00
Bu abituriyentlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər

Abituriyentlər Bakıda fəaliyyət göstərən məşqçilik qabiliyyət imtahanı komissiyaları (78 və 84-cü komissiyalar) üzrə imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahana gələn abituriyentlər aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- sağlamlıq haqqında arayışı (086U formalı tibbi arayış);

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Gecikən abituriyentlər imtahana buraxılmayacaq.

Digər komissiyalar üzrə imtahana buraxılış vərəqələrinə dair məlumat veriləcək.