Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-13 12:28:00
Şagirdlərin qəzaya düşməsi ilə bağlı cinayət işi açıldı

Bakı-Şamaxı yolunda şagirdlərin qəzaya düşməsi ilə bağlı cinayət işi açılıb.

 

AzEdu.az-ın məlumatına görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə cinayət işi başlanıb.

 

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. 


Xatırladaq ki, iyunun 13-də Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində Qəbələ rayonundan istirahətdən gələn şagirdləri daşıyan avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində xəsarət alan 11 nəfər xəstəxanaya aparılıb. Xəsarət alanlardan 2 nəfər Bakıdakı xəstəxanalara köçürülüb, digər xəsarət alanlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.