Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-25 10:50:00
MİQ  üzrə II turun vakansiya seçimi başlandı

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən boş qalan üç mindən çox vakant yerə əlavə yerləşdirməyə start verilib.

İnsan Resursları Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, əlavə yerləşdirmədə keçid balı toplayaraq işə qəbul oluna bilməyən – vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan, vakant yer tutub müsahibəyə gəlməyən namizədlər iştirak edə bilərlər. Həmin namizədlər şəxsi səhifələrinə daxil olaraq elektron ərizələrində vakant yerlərlə tanış olub, səkkiz vakant yer seçməlidirlər.

Əlavə yerləşdirməyə 16934 namizəd buraxılıb. Vakansiya seçimi sabah saat 23:59-dək davam edəcək. Əlavə yerləşdirmə başa çatdıqdan sonra apellyasiya müraciətlərinə baxıldığı üçün birinci turun müsahibə mərhələsində uğur qazanmayan namizədlərin elektron yerləşdirmə zamanı tutduqları yer ikinci turda vakansiyaya çıxarılmayacaq.

Vakansiya seçimi başa çatdıqdan sonra uğur qazanmış namizədlərlə 30-31 avqust tarixlərində müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları