Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-25 09:58:50
Ölümündən sonra kosmosa getmək arzusu reallaşan alim

Amerikalı alim Eugeniya Şumeyker öləndən sonra Aya göndərilən və orada basdırılan ilk insan kimi tarixə düşüb.

AzEdu.az-ın Milli.Az-a istinadən verdiyi məlumata görə, Şumeyker başqa bir alim Devid Levi ilə birlikdə komet kəşf edərək ona Şumeyker-Levi adını verib. O, ABŞ-da geoloji araşdırmalar çərçivəsində Astroloji Araşdırma proqramını quran alimlərdən biri olub. Həyatı boyunca ən böyük arzusu  astronavt olmaq idi. Lakin sağlamlığı heç vaxt buna izn verməyib. Öləndən sonra dostu onun bu arzusunu reallaşdırdı. Karolin Porko onun dəfn olunma fikrini NASA-a bildirib və onlar da bu təklifi qəbul ediblər.

6 yanvar 1998-ci ildə NASA-nın   Lunar Prospector adlı  kosmik raketi Ayın cənub qütbünə yollanıb. Elə orada da Şumeykerin külləri olan kapsul ay səthinə buraxılıb.