Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-02 11:27:00
Əsasən, bu fənnlər üzrə vakant yerlər təklif ediləcək-Direktor AÇIQLADI

“Müsabiqəyə hər il təxminən 8000-ə yaxın, bəzən isə daha çox vakant yer çıxarılırdı. Ümid edirik ki, bu il də həmin ənənə təkrarlanacaq, rəqəm daha da artacaq və namizədlər üçün daha əlverişli şərait yaranacaq”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli MİQ müsahibəqis ilə bağlı canlı yayımda qeyd edib.

 

Direktor əsas olaraq kadra ehtiyac duyuğulan fənlər üzrə vakant yerlərin təklif ediləcəyini bildirib:

 

“Əsasən, bizim kadr təminatında çətinlik çəkdiyimiz musiqi, təsviri incəsənət, kimya və ehtiyac olan digər fənnlər üzrə vakant yerlər təklif ediləcək. Bakı və digər rayonlar üzrə vakant yerlər barədə hələlik dəqiq nəsə demək mümkün deyil. Hələ vaxta var, iş yerindən çıxan, həmçinin yaş məhdudiyyəti ilə əlaqədar işdən ayrılan müəllimlər ola bilər. Bir həftə öncədən imtahan yeri, tarixi və saatı barədə namizədlərə məlumat veriləcək”.