Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-02 11:18:00
“Sonradan imtina edəcəyiniz yer üçün vakansiya seçimi etməyin”-Nurlan İsmayılbəyli

“Namizədlərə vakan yer seçimində heç bir dəyişiklik yoxdur, 8 yer üçün seçim edə biləcəklər”.

 

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli MİQ müsahibəqis ilə bağlı canlı yayımda qeyd edib.

 

Direktor müəllimləri vakansiya seçimində diqqətli olmağa çağırıb:

 

“Ancaq vakansiya seçimi zamanı mütləq diqqətli olsunlar və sonradan imtina edəəckləri yer üçün seçim etməsinlər. Çünki bir namizəd seçim etdiyi yerlərdən birinə qəbul oluna, ancaq daha sonra qərarını dəyişdirərək imtina edə bilər. Nəzərə alaq ki, çox sayda namizəd müsabiqədə iştirak edir. Belə olan təqdirdə siz onlardan birinin öz evinin yanında işlə təmin oluna bilmə imkanını əlindən alırsınız. Xahiş edirik ki, vakansiya seçimində diqqətli olun”