Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-24 10:50:31
Azərbaycanlı müəllimlər  1 milyon dollar qazandıracaq müsabiqəyə müraciət edə bilərlər – “Müəllimlərin Nobeli”

“Müəllimlərin Nobeli” adlandırılan Global Teacher Prize üçün müəllimlər arasında müsabiqə elan olunub.

Bu barədə AzEdu.az-a gənc müəllim Həbib Əlizadə məlumat verib. O bildirib ki, bu beynəlxalq müəllim mükafatının miqdarı 1 milyon dollardır:

“Hər il bu mükafatı təhsilə, müəllim peşəsindəki fəaliyyətləri ilə müəllimliyə xüsusi dəyər qatan bir müstəsna müəllim qazanır. Məqsəd müəllimləri təşviq etmək, şagirdlərə ilham olan müəllimlərin fəaliyyətlərini dəyərləndirmək və dəstək olub dünyada tanıtmaqdır. Müəllimlik dünyanın ən önəmli peşəsi olmalı və onlara lazımlı hörmət göstərilməlidir.

Müsabiqənin şərtlərinə əsasən, öncə 50  və onların da arasından  ən yaxşı 10 müəllim seçilir. Birinci  yerə layiq görülən müəllim isə 1 milyon dollar mükafat qazanır.

5-18 yaş arası şagirdlərə dərs deyən müəllimlər müraciət edib müsabiqədə iştirak edə bilərlər”.

Qeyd edək ki, müsabiqə üçün müraciət elektron formada saytdan edilir .Müraciət və ətraflı məlumat üçün  www.globalteacherprize.org rəsmi saytında yararlana bilərsiniz. Müsabiqənin son tarixi isə 2018-ci il,  9 sentyabra qədərdir.

Azərbaycandan indiyədək sadəcə bir müəllim - Məhəmməd  Qarakişiyev 2014-cü ildə  ilk 50-liyə düşə bilib. 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları