Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-31 12:42:00
“ŞƏMS” Körpələr evi-uşaq bağçasında “Gözəl Şuşa- Bir Tamaşa” adlı Əlvida bağça tədbiri Respublika gününə həsr olundu-FOTOLAR  

 

Nəsimi rayonu  “ ŞƏMS” Körpələr evi-uşaq bağçasında “Gözəl Şuşa- Bir Tamaşa” adlı Əlvida bağça tədbiri məhz 28 May Respublika gününə həsr olundu.


Unudulmaz günlərdən biri qayğısız uşaqlıq çağı ilə son görüş, doğma bağça ilə vida günüdür.

 

AzEdu.az xəbər verir ki, tədbirdə balaca fidanlar Azərbaycana, vətənpərvərliyə, müəllimə həsr edilən şerlər söyləyiblər. Müxtəlif səhnələşdirilən nömrələr,rəqs və mahnılar tədbir iştirakçılarının alqışları ilə qarşılanıb.


“Gözəl Şuşa- bir Tamaşa” adlı Əlvida bağça tədbirində çıxış edən sözü gedən uşaq bağçasının müdiri İradə İbrahimova əvvəlcə gələn qonaqları salamladı. Uşaqları məktəbə getmələri münasibətilə təbrik edib,onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzuladı, onlara ölkəmiz üçün layiqli vətəndaş olmalarını dilədi

 

”ŞƏMS” uşaq bağçasında tərbiyə alan uşaqlardan birinin valideyni Kəmalə Babayeva deyib ki, məzun günü uşaqların həyatında önəmli günlərdən biridir:

 

“Onlar burda çox şey öyrəniblər, biz onları bura hər şeydən məlumatsız körpələr olaraq gətirmişdik, İndi isə yeni həyata başlayırlar. Bizim uşaqları bağçaya gətirdiyimiz vaxtla müqayisədə, indi onlar artıq hər şeyi başa düşən böyük insanlara çevriliblər. Biz uşaqların burada keçirdiyi zaman üçün minnətdarıq”


Daha sonra bağçanın metodisti Mustafayeva Vüsalə körpə fidanların hərtərəfli inkişafı ilə əlaqədar həyata keçirilən uğurlu layihələrdən bəhs etdi.Təbriklərə valideynlərdə qoşularaq bu illər ərzində övladlarına həm ana həm müəllim olan tərbiyəçilərə xoş arzularını ifadə etdilər.


Tədbirdə 2021-2022-ci tədris ilində təlimdə qazandığı uğurlara və qrup tədbirlərində göstərdiyi fəallığa görə uşaqlar diplomla təltif olundular.Tədbirin sonunda balaca fidanlara fotolarından ibarət məzun albomu və hədiyyələr təqdim edildi.