Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-24 10:57:00
Respublika fənn olimpiadalarında 55 nəfər Bakı məktəblisi qalib olub  

2021-2022-ci tədris ilində keçirilən respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, 55 nəfər paytaxt məktəblisi qalib olub. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 8 nəfər qızıl, 19 nəfər gümüş, 28 nəfər bürünc medal qazanıb.

 

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib. Qeyd edilib ki, olimpiadalar istedadlı uşaqların aşkara çıxarılması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə

olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədilə təşkil olunub.

Xatırladaq ki, respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.