Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-23 16:44:00
Son sutkanın COVID statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, xəstəlikdən sağalan olmayıb.

 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumatda bildirilib.

 

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 792 714 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 957 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib. 47 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 842, bu günə qədər isə ümumilikdə 6 874 348 test icra olunub.