Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-17 14:26:55
"GƏZ, ƏYLƏN, DƏYƏRLƏN" beynəlxalq eTwinning layihəsi keçirilib

Dünya ölkələrindən Türkiyə, Ukrayna və Polşanın da iştirak etdiyi “GƏZ, ƏYLƏN, DƏYƏRLƏN!” (Visit to Have Fun and Virtue) beynəlxalq e-Twinning layihəsinə Azərbaycan da qatılıb. çərçivəsində kitabxanalara, Botanika bağına və Kukla Teatrına gəzintilər təşkil olunub, məktəblərdə ağacəkmə aksiyası həyata keçirilib.

 

Layihədə ölkəmizi təmsil edən Yevlax rayon Bəylər Alıyev adına Salahlı kənd tam orta məktəbin ingilis dili müəllimi Bahar Əbülfət AzEdu.az saytı ilə öz təəssüratlarını bölüşüb.

 

"Layihəyə türk həmkarlarım tərəfindən dəvət edildim və böyük həvəslə şagirdlərimi də bu layihə üçün qeydiyyatdan keçirdim.

 

"GƏZ, ƏYLƏN, DƏYƏRLƏN" beynəlxalq e-Twinning layihəsi ümumilikdə şagirdlərin inkişafına yönəlmiş bir lahiyədir. Layihədə həyata keçirilən fəaliyyətlərdə “Web 2.0” alətlərindən istifadə edilməsi şagirdlərlə yanaşı, müəllimlər üçün də çox faydalı oldu.

 

Bu layihə nəticəsində biz artıq nəinki "Web2.0", hətta “Web3.0” alətlərindən də istifadə edərək daha müasir tədris nümunəsi nümayiş etdirə bilirik".

 

Layihədə həqiqətən də şagirdlərini inkişaf etdirmək istəyən, eyni zamanda innovativ tədris metodlarından istifadə edən, öyrənməyə həvəsli müəllimlərə üstünlük verilmişdi. Bir müəllim kimi bəzən kənd məktəblərində şagirdlərə "dəyər" tərzində aşılanan stereotipləri kənardan müşahidə etdiyim zaman çox məyus oluram və şagirdlərin maksimum sosiallaşması, öz hislərini və arzularını ifadə etmələri üçün əlimdən gələn hər şeyi edirəm. Birlikdə olan dərsdənkənar gəzintilərimizin onlara nələr qazandırdığını gördükdə isə çox sevindim. Layihə nəticəsində şagirdlər sahib olduqları bir çox komplekslərdən demək olar ki, tamamilə azad oldular. Bir müəllim kimi Azərbaycanda kiçik bir cəmiyyətin dəyişməsində öz töhfəmi verə bilmək mənim üçün də böyük xoşbəxtlikdir.

 

“GƏZ, ƏYLƏN, DƏYƏRLƏN!” layihəsi sayəsində şagirdlər gələcəkdə həyata keçirmək istədikləri fəaliyyətlər ilə bağlı müəyyən fikirlərə yiyələndilər. Lahiyənin mənim üçün digər əsas qazanclarından biri də beynəlxalq tədris müəssisələri, tarix və incəsənət nümunələri ilə tanışlıq, həmçinin dünya ölkələrindən olan həmkarlarımı tanımaqla netvörkinqimin genişlənməsi oldu.

 

Layihə müddətində bir rəhbər kimi öz dəstəyini bizdən əsirgəmədiyi üçün layihə rəhbəri Hatice Üstündağa öz təşəkkürümü bildirirəm."

 

Qeyd edək ki, şagirdlər bütün layihə fəaliyyətlərini müasir Web2.0 alətlərindən istifadə edərək ingilis və türk dillərində nümayiş etdirmişlər. Onlar kitabxana səfərindən sonra kitab haqqında uydurduğu fantastik hekayələrdən ibarət kitabça hazırlamışlar. Daha sonra qarışıq ölkə komandaları ilə birgə həm açıq havada, həm də “Kahoot”da əyləncəli oyunlar oynamışlar. Daha sonra "RUNWAY" programının köməkliyi ilə tarixi hadisələrlə bağlı məlumatlar hazırlayaraq təqdimatlar etmişlər. Layihə boyu onlar həm əylənmiş, həm yeni məlumatlar öyrənmiş, həm də milli və mənəvi mühüm dəyərlər qazanmışlar. Qazanılan nəticələr "Dəyərlər" broşurunda öz əksini tapmışdır. Sonda şagirdlər tərəfindən “CoSpace” alətində "Xəyalımdakı Məktəb" görüntüsü hazırlanmış və “SPATIAL Web3.0” alətində Virtual Sərgi nümayiş etdirilmişdir.

 

Layihədə ölkəmizi təmsil edən Yevlax rayonu Bəylər Alıyev adına Salahlı kənd tam orta məktəbin müəllimi, eyni zamanda AzEdu.az-ın region koordinatoru Bahar Əbülfət və onun şagirdlərini göstərdiyi aktiv fəaliyyətə görə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar diləyirik!

 

Layihə iştirakçıları:

1.Hatice Üstündağ – Yahya Kemal secondary school/Türkiyə, Ankara

2.Seval Aras – Şehit Piyade Er Rahim Keskin secondary school/Türkiyə,Bursa

3.Nefize Gül – Toki Şehit Fatih Erer secondary school/Türkiyə, Sinop

4.Hüseyin Coşkun – Selçikli Mustafa Sabırlı secondary school/Türkiyə,Manisa

5.Songül Sonay – Pektaş Şehit Piyade Er Rahim Keskin secondary school/ Türkiyə, Bursa

6.Halil ÖZDEMİR – Dumlu Şehit Muhammed Ferdi Güntekin secondary school|Türkiyə, Ərzurum

7.Rukiye YILMAZ – Cumhuriyet secondary school/Türkiyə, Kırıkkale

8. Özlem DEMİRCİ – Gazi Osman Paşa secondary school/Türkiyə, Ankara

9. Bahar Əbülfət – Salahlı secondary school/Azərbaycan, Yevlax

10.Anna Vlasenko – Nedryhailiv specialized secondary school/Ukrayna

11.Antonina Zaytseva Myrhorod school № 5 /Ukrayna

12.Aneta Rosiak – Nicolaus Copernicus Primary school/Polşa

 

Qeyd: “Dəyərlər” broşuru və “Fantastik hekayələr” kitabçası ilə aşağıdakı linklər vasitəsi ilə tanış ola bilərsiniz.

https://youtube.com/shorts/t0_OZ36REGk?feature=share https://www.flipgorilla.com/p/27651685740446449/show https://www.storyjumper.com/book/read/126033342/62192e821b275

Gülcahan Məmmədova
Müəllifin digər yazıları