Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-22 10:34:00
Alimlər qravitasiya dalğaları üçün xüsusi güzgü düzəldiblər

Yaponiyanın mərkəzi hissəsində yerləşən dağlarda tədqiqat aparan alimlər qravitasiya dalğalarının öyrənilməsi istiqamətində irəliləyişə nail olduqlarını bildiriblər.

AzEdu.az xəbər verir ki, Qifu prefekturasında çalışan alimlər qravitasiya dalğaları detektorunun mühüm hissəsi olan güzgünün yaradıldığını bəyan ediblər. KAGRA adlanan bu sistem latın hərfi L şəklində iki üç kilometrlik borunu birləşdirir.

Tokio Universitetinin alimləri tərəfindən yaradılan güzgü sapfirdən (göy yaqut) düzəldilib. Onun diametri 23 santimetr, qalınlığı isə 15 santimetrdir. Universitetin kosmik şüaların tədqiqi institutunun əməkdaşı Eyiçi Hiroşe bildirib ki, alimlər kainatın sirlərini açmaq üçün bu imkandan maksimum istifadə etməyə çalışacaqlar. (AZƏRTAG.AZ)