Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-10 14:35:00
Azərbaycan dili fənni üzrə vebinar təşkil olunacaq  

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, növbəti vebinar mayın 11-i saat 17:00-da Azərbaycan dili fənni üzrə “Tabeli mürəkkəb cümlələr” mövzusunda keçiriləcək.

 

Vebinarın məqsədi tabeli mürəkkəb cümlələrdə baş və budaq cümləni müəyyənləşdiməkdir. Onlayn tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş mütəxəssisi Məhəmməd Xankişiyev çıxış edəcək. Vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.