Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-10 13:00:00
Təhsil işçiləri Şuşaya səfər ediblər  

Bir qrup təhsil işçisinin Şuşaya səfəri təşkil olunub.

 

Bu barədə AzEdu.az-a bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Birinci Beynəlxalq Kulinariya Festivalı çərçivəsində baş tutan səfərin əsas məqsədi Şuşa şəhərində mövcud vəziyyətlə, şəhərin tarixi-mədəni irsi ilə, eləcə də görülən abadlıq-quruculuq işləri ilə tanış olmaqdan ibarətdir.

 

Təhsil işçiləri Cıdır düzü, Qala divarları, Yuxarı və Aşağı Gövhərağa məscidləri, Gəncə qapısı, şəhərin simvolları olan Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış digər mədəniyyət abidələri və yaşayış binalarını ziyarət ediblər.

 

Səfər iştirakçıları Vətən müharibəsində şəhid olmuş qəhrəmanların ruhlarını ehtiramla yad ediblər.