Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-04 13:57:17
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri ictimaiyyətə təqdim edilib  

Şəki-Zaqatala Regional Təhsil İdarəsi müdirinin ictimaiyyətə təqdim edilməsi məqsədilə Şəki Şəhər 11 saylı tam orta məktəbin inzibati binasında tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, report-un Şimal-qərb bürosunun məlumatına görə, təqdimatda Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonları və Şəki şəhərinin təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edən Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov Prezident İlham Əliyevin sərəncamı ilə Regional Təhsil idarələrinin yaradılmasının əhəmiyyətindən danışıb. O bildirib ki, yaradılan 12 regional təhsil idarəsi yeni idarəçilik sisteminə keçiddə önəmli məqsəd daşıyır.

Sonra Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev kollektivə təqdim olunub. Bəhruz Mehdiyev bildirib ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin qarşısında böyük bir məsuliyyət dayanır. O qeyd edib ki, qısa müddət ərzində qarşıya qoyulan bütün işlərin öhdəsindən gəlməyə çalışacaq.