Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-04 12:23:00
BŞTİ ötən ay bu qədər müraciət daxil olub  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) aprel ayı ərzində 7 min 654 müraciət daxil olub.

 

AzEdu.az xəbər verir ki, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub. Statistikaya əsasən, Çağrı Mərkəzində (146-0 nömrəli) 5 min 459 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 130 vətəndaş müraciət edib.

 

Aprel ayında BŞTİ-yə 1784 sənəd (vətəndaşlar tərəfindən 399 ərizə, Təhsil Nazirliyindən 201, digər qurumlardan 232, məktəblərdən 562 məktub, 42 strukturdaxili yazışma və 348 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 281 elektron müraciətə baxılıb.

 

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.