Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-04 13:22:00
Yaxın vaxtlarda Qarabağda yeni məktəblər istifadəyə veriləcək  

Ulu öndər Heydər Əliyevin təhsil sahəsindəki siyasəti onun layiqli davamçısı ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

 

Bunu təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.

 

"İndiki gənc nəsil onlar üçün yaradılan bütün şəraitdən lazımi səviyyədə istifadə etməlidir. Azərbaycan cəmiyyətinin yeni şanlı səhifəsi açılıb. Azərbaycan məktəbinin məzmunu Zəfərin öyrənildiyi yerdədir. Şuşa və Ağdamda məktəblər inşa edilir. Cəbrayılda, Suqovuşanda, Zəngilanda da yaxın vaxtlarda məktəblər istifadəyə veriləcək və orada da zəng çalınacaq", - nazir çıxışında bildirib.

 

modern.az