Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-03 16:16:00
Universitetdən müəllimlə  bağlı  yayılan xəbərlərə  AÇIQLAMA- Lazımı qərar veriləcək

Lənkəran Dövlət Universiteti Mətbuat Xidmətinin Məlumat yayıb 

 

AzEdu.az açıqlamanı təqdim edir 

 

Bu gün sosial şəbəkələrdə, KİV-də Elşad Rəhimovla bağlı yayılan video ilə əlaqədar bildirmək istəyirik ki, hazırda həmin görüntülər hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılır, məsələ Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən nəzarətə götürülüb, universitet rəhbərliyinin də diqqət mərkəzindədir.

 

Məlumat üçün bildiririk ki, Elşad Rəhimov LDU-da 0,5 ştat əvəzçiliklə müəllim işləyir. Araşdırmaların nəticəsi məlum olduqdan sonra universitet həmin nəticələrə uyğun qərar verəcək və görülən tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.