Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-30 13:59:00
“Süni intellekt və data elmi” intensiv təlim proqramının açılışı olub

Aprelin 29-da “Süni intellekt və data elmi” intensiv təlim proqramının açılış mərasimi keçirilib.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov hazırda süni intellektə olan ehtiyacdan söz açıb. Müasir dövrdə texnologiyaların əksəriyyətinin süni intellektlə bağlı olduğunu qeyd edib. Data analitikasının əhəmiyyətindən danışan Firudin Qurbanov gələcəkdə uğurlu iş fəaliyyəti üçün süni intellektlə bağlı olan təlimlərin vacibliyini bildirib.

 

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov məlumat verib ki, təlim üçün müraciət etmiş 608 tələbə mərhələli şəkildə imtahan və müsahibələrdən keçib, nəticədə 40 tələbə təlimdə iştirak üçün seçilib.

Layihədə təlimçi qismində iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin direktorunun müşaviri və Berlin Texniki Universitetinin doktorantı Günay Kazımzadə təqdimatla çıxış edib. Təlimin məqsədindən bəhs edib, müraciət edən tələbələr haqqında statistik məlumatları diqqətə çatdırıb.