Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-30 11:58:00
II Məktəblilərarası Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

Bakı Dövlət Universiteti, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi, Təhsil İnstitutu və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili İdarəsinin təşkilatçılığı və Təhsil Nazirliyinin “İnkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” çərçivəsində keçirilmiş II Məktəblilərarası Astronomiya Olimpiadasının nəticələri açıqlanıb.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat olimpiadanın rəsmi saytında yer alıb.
Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilmiş olimpiadanın məqsədi şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya geniş yer verilməsi və qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıqlara cəlb olunmasıdır.
Təşkilat komitəsinin qərarına əsasən, maksimal qiymətin 90 faizini toplamış iştirakçılar I yerə, 80 faizini toplamış iştirakçılar II yerə, 70 faizini toplamış iştirakçılar isə III yerə layiq görülüb. Seçilmiş şagirdlər avqust ayında Gürcüstanda keçiriləcək Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə dəvət olunacaq.