Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-29 16:05:00
Fənn olimpiadalarının respublika mərhələsinin final turunun keçiriləcəyi tarix açıqlanıb  

Səkkiz fənn (Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, informatika, fizika, kimya, biologiya) və iki yaş qrupu (aşağı və yuxarı yaş qrupu) üzrə keçirilən respublika fənn olimpiadalarının final turunun tarixləri məlum olub.

 

AzEdu.az xəbər verir ki, iştirakçılar buraxılış vərəqələrini aprelin 29-dan mayın 5-dək portal.edu.az platforması vasitəsilə əldə edə bilərlər.

 

Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika və biologiya fənləri üzrə final turu mayın 7-də və 14-də Heydər Əliyev adına Müasir Təhsil Kompleksində keçiriləcək. Mayın 15-də isə informatika fənni üzrə aşağı yaş qrupu üçün ADA Universitetində, yuxarı yaş qrupu üçün Bakı Mühəndislik Universitetində təşkil olunacaq. Kimya fənni üzrə final turu mayın 18-də Təhsil İnstitutunun Təhsil texnologiyaları mərkəzində reallaşacaq.