Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-29 15:48:00
BU fənlər üzrə hazırlıq kurslarının ilk məşğələləri keçirilib  

Dövlət İmtahan Mərkəzində (DİM) biologiya, tarix və coğrafiya fənləri üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının birinci mərhələsinin ilk məşğələləri keçirilib.

 

AzEdu.az xəbər verir ki, hazırlıq kursları DİM-in əsas inzibati binasında əyani, regiondan olan iştirakçılar üçün isə onlayn formatda keçirilib.

 

Məşğələlərdə yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənlər üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrantlar iştirak ediblər.

DİM-in şöbə müdiri Afiqə Batıyeva coğrafiya, sektor müdiri Günay Rüstəmzadə biologiya, sektor müdiri Royal Qulusoy isə tarix fənni üzrə kursun məqsədi haqqında təqdimatlarla çıxış ediblər.

Sonra moderatorlar – biologiya fənni üzrə Nailə Əliyeva, tarix fənni üzrə Hafiz Cabbarov və coğrafiya fənni üzrə isə Nərminə Seyfullayeva müvafiq fənn kurikulumlarının mahiyyəti, məzmunu və strukturu ilə bağlı təqdimat ediblər.

Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hazırlıq kurslarının ikinci məşğələsi növbəti həftə keçiriləcək.