Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-29 13:09:00
AMEA-nın Cənubi azərbaycanşünas alimi vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli dünyasını dəyişib.

 


AzEdu.az  xəbər verir ki, görkəmli Cənubi azərbaycanşünas alimin ölüm xəbərini adı çəkilən İnstitutun əməkdaşları ictimailəşdirblər.

Ata babası Güney Azərbaycandan olan Əkrəm Rəhimli 1932-ci il sentyabrın 20-də Qazax rayonunda doğulub.

O, 9 il İranda yaşayıb.

Əkrəm Rəhimli Gəncə Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. 1953-cü ildə buranı fərqlənmə diplomu ilə bitirib, 1975-ci ildə isə ikinci təhsilini tamamlayıb - o zamakı V.İ.Lenin adına Pedaqoji İnstitutun (indiki Tusi adına Pedaqoji Universitetin) tarix fakültəsindən məzun olub.

Bir müddət orta məktəbdə tarix fənnini tədris etməklə yanaşı, “Azərbaycan” qəzetində əvvəl ədəbi işçi, sonra isə şöbə müdiri vəzifəsində çalışıb. Alimin İranın sosial-siyasi, iqtisadi və mədəni həyatı ilə bağlı  çoxsaylı tərcümə və məqalələri, tezisləri, məruzələri dövrü mətbuatda çap olunub.

Əkrəm Rəhimli ötən əsrin sonundan tədqiqatını AMEA-nın Şərqşünaslıq İnstitutunun Güney Azərbaycan şöbəsində davam etdirirdi. Bu şöbədə çalışdığı illər ərzində Güney Azərbaycana aid onlarla elmi və publisistik məqalə yazıb, müsahibə və toplantılarda, dövlət radiosunda, başqa informasiya vasitələrində çıxışlar edib. Güney Azərbaycan şöbəsinə gələn gündən indiyədək alimin “Güney Azərbaycan” ensiklopedik məlumat kitabı (Ş.Tağıyeva və S.Bayramzadə ilə birlikdə), “Güney Azərbaycanda milli-demokratik hərəkat” (1941-1946) kitabı nəşr olunub.

Allah rəhmət eləsin.