Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-29 11:30:00
 “Qiymətləndirmə tapşırıqları” kitabçaları dərsliklərlə müqayisəli təhlil edilib  

Dövlət İmtahan Mərkəzində (DİM) biologiya və tarix fənləri üzrə işçi qrupların növbəti iclasları keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, iclaslarda gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 9-ci sinif dərslikləri əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçaları dərsliklərlə müqayisəli təhlil olunub. Təhlil nəticəsində kitabçaların məzmununda təkmilləşmələr aparılıb, dərsliklərdəki dəyişikliklər nəzərə alınıb. Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib.

 

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.