Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-28 17:22:00
Təhsil naziri məktəblilərin ölüm və intihar hallarına münasibət bildirib

 

“Məktəb psixoloqu hər bir tələbəyə fərdi xidmət göstərə biləcək deyə bir şey yoxdur”.

 

AzEdu.az xəbər verir ki, nazir bu barədə jurnalistlərin suallarını cavablandırıb.

 

O, bildirib ki, məktəb şagirdlərin həyatının bəlli bir hissəsidir, hamısı deyil:

 

“Ailə və məktəb bir-biri ilə əməkdaşlıq etməlidir ki, uşaqların psixoloji rifahı da normal getsin. Məktəb psixoloqlarından, bir nəfər şəxsdən bütün problemləri gözləyə bilmərik. Məktəb psixoloqun öz əmək istiqamətləri var. Məktəb psixoloqu hər bir tələbəyə fərdi xidmət göstərə biləcək deyə bir şey yoxdur. Əgər şagirdlərin davranışında hansısa problem varsa, məktəb müəllimləri və psixoloqları bunu görürsə, ailə ilə, icma ilə təmasda olmalıdır".