Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-28 16:20:00
İnformatikanın qəbul proqramına salınması nələri dəyişəcək?-Nazir AÇIQLADI

"İnformatika fənninin  qəbul imtanlarına salınması  xeyli  dəyişikliyə gətirib çıxaracaq".

 

AzEdu.az xəbər verir ki, Təhsil naziri Emin Əmrullayev bunu Rəqəmsal inkişaf:Müasir çağırışlar və real imkanlar II beynəlxalq konfransında qeyd edib.

 

Təhsil naziri İT ixtisaslarına sənəd verənlərin əvvəlki illərdə infomatikadan deyil, kimyadan imtahanda iştirak etmələri və cəmiyyətin buna münasibətini nəzərə çatdırıb:

 

"30 ilə yaxıdır ki, yerli ali təhsil müəssisələrinə qəbul mərkəzləşdirilmiş qaydada keçirilir. Biz rəqəmsallaşma haqqında çox müzakirələr aparırıq, tədbirlər görürük,ancaq hələ də İT ixtisaslarına sənəd verənlər informatikadan imtahan vermir, kimyadan verirlər. Amma bununla bağlı cəmiyyətdə çox ciddi narazılıq da müşahidə etmirik. Nə qədər təəccüblü səslənsə bu belədir. Biz IV sənaye inqilabından,rəqəmsal inkişafdan danışır və bunu həqiqətən istəyiriksə, Təhsil Nazirliyinə qarşı ən ciddi ittiham, məktəbi bitirənlərdə niyə rəqəmsal bacarıqlarını ölçməməyimiz olmalıdır"- deyə, nazir bildirib.