Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-28 15:44:00
Bəzi fənlər vacibliyini itirib-Emin Əmrullayev

"Rəqəmsal iqtisadiyyat, süni intellekt, rəqəmsallaşma və s. sözlər dilimizdə yenidir. Amma bunların dərin elmi kökləri var".

 

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev "Rəqəmsal inkişaf: Müasir çağırışlar və real imkanlar II" adlı beynəlxalq konfransda deyib.

 

 

"Məsələn, süni intellekt hələ 1970-80-ci illərdə alimlərin müzakirə mövzusu olub. Bu məsələlərdə tədqiqatlara əsaslanan fikirlərin təbliği daha məqsədəuyğundur. Təhsil Nazirliyinin də qarşısına qoyduğu əsas məsələlərdən biri rəqəmsal savadlılığın artırılmasıdır. Rəqəmsallaşma baxımından təhsil sistemi olaraq vacib çağırışlarla üz-üzəyik. Amma bəzi praqmatik bacarıqlar var ki, cəmiyyətimizin və dünyanın müqavimət göstərməyə ehtiyac olmayan sahələridir. Lakin Azərbaycan məktəbində 17 fənn tədris olunur. Bunların hər biri həmin fənlərin mütəxəssisləri üçün müqəddəsdir, toxunulmazdır. Amma müasir təhsil sistemində ənənəvi fənlərin bəziləri vacibliyini itirib. Biz hələ də bəzi fənlərin müqəddəsliyinə inanırıqsa, səhv edirik".