Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-25 12:31:00
Orta təhsili olmayan “zavuç”la bağlı araşdırma aparıldı

Təhsil eksperti Azər Həsrət Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktor müavini, təssərrüfat müdiri İsmət Yusifova haqqında diqqətçəkən paylaşım edib. Onun paylaşdığı fotodan görünür ki, direktor müavini orta təhsili belə olmadığı halda vəzifəyə təyin edilib.

 

Bununla bağlı Bakı Şəhər Təhsil İdarəsindən  bildirilib ki, faktla bağlı aidiyyəti orqanlara müraciət edilib:

 

"Paytaxtdakı 3 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Yusifova İsmət Qədir qızı 01.09.2004-cü ildə işə qəbul edilib. 2004-cü ildə 3 nömrəli tam orta məktəb Binəqədi Rayon Təhsil Şöbəsinin tabeliyində olub. 2006-cı ildə Bakı şəhərində rayon təhsil şöbələri ləğv edilərək Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılıb. Qeyd olunan məsələ ilə bağlı araşdırma aparılıb. Bununla bağlı müvafiq tədbir görülməsi üçün aidiyyəti orqanlara müraciət olunub".

 

Modern.az