Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-01 15:59:00
Müəllimlər üçün vahid forma tətbiq edilməlidir?-SORĞU

 

Azərbaycanda “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu qərar 2022/2023-cü tədris ilindən tətbiq ediləcək. Hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər.

 

Həmin qərar son günlər sosial şəbəkələrdə müəllimlərin də vahid formasının ola bilməsi ehtimalı gündəmə gətirib.

 

Məsələ ilə bağlı  AzEdu.az-ın sosial şəbəkələrdə  apardığı soğunu sizə təqdim edirik:

 

Müəllim Ədibə Abbasova düşünür ki, müəllimlər üçün vahid forma olmamalıdır:

 

“Səliqəli geyim tətbiq edilməlidir”.

 

Nuray Əhədova məsələyə müsbət yanaşır:

 

“Fikrimcə vahid geyim yaxşı olar, çünki məktəblərdə bəzi müəllimlər şagirdlərə deyir ki, “burda yalniz brend, bahali mən geyinə bilərəm”. Amma vahid geyim olsa, bele hal yaşanmaz”.

 

TETgimnaziyasının  müəllimi Yeganə Ramazanova  qeyd edir ki,  müəllim səliqəli geyinməlidir:

 

“Eyni standart geyim, müəllim üçün doğru addım olmaz. İnsan  psixoloji olaraq bundan bezir”.

 

Təhsil işçisi Nərmin Məmmədova onların təhsil müəssisəsində vahid geyimin tətbiq olunduğunu söyləyir:

 

“Bəzi məktəblərdə müəyyən rənglər seçilib, hətta qəbul olduğum yerdə sadə ağ köynək və ətəyə belə icazə yoxdu. Vahid formanın yaxşı tərəfi odur ki,   maddi olaraqda  fərq yaranmır. Pis tərəfi isə insan bir müddətdən sonra sıxılır. Məktəbimdə dar, qısa və açıq geyimlərə qarışılır. Müəllimlər çalışırlar ki,  sadə, səliqəli və məktəbə uyğun geyinsinlər. Şalvara icazə versələr, çox yaxşı olar çünki, ətəyin min cür mənfi tərəfi var”.

 

Zəhra Əliyeva vurğulayır ki, müəllimlər üçün vahid geyimə ehtiyac yoxdur:

 

“Düzgün geyinsinlər kifayətdir. Əsas müəllimin savadıdır”.

 

Tofiq Əhmədov istəyir ki, vahid geyim forması olsun:

“Bəli, olmalıdır. Çünki çoxu məktəbə geyimini nümayiş  etdirməyə gəlir. Geyimə hər il pul xərcləyirlər, forma olsa, bu hal yaşanmaz”.

 

Arzu Ağayeva qeyd edir ki,   müəllim örnək olmalıdır:

 

“O,  mayak olmalıdır, amma məktəblərdə vəziyyət ürək  açan deyil, bezəkli güllü-çiçəkli, dar geyimler və  aksesuarlar taxmağın  əleyhinəyəm”.

 

Gülnarə Səfərova söyləyib ki, dəfələrlə şagirdlərin müallimlərin geyimini müzakirəsini etdiyini eşitmişəm:

 

 “Vahid geyim olsa, sagirdin diqqəti müəllimin geyimində yox, dərsdə qalar”.

 

Sonda qeyd edək ki, müəllimlərin əksəriyyəti soğunu  “xeyr” olaraq cavablandırdılar. 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları