Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-05 15:32:00
Qadın alimlərə kişilərlə eyni şərait yaradılmır-İctimai Şura sədri  

 

 

“Qadınlar elmə gəlsələr də, davamlılıq amili  yüksək şəkildə olmur”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şura sədri Günel Səfərova deyib.

 

 

O, qadınların elm və təhsildə olan rolundan söz açıb:

 

 

“Elm və təhsilə olan diqqəti qadın və kişi olaraq ayrımaq düzgün deyil. Hazırda elmə olan marağın azaldığını müşahidə edirəm. Müasir dövrdə texnologiyaların inkişafı müşahidə edilir. Gənclər daha çox proqramlaşma  sahələrinə meyl edirlər.

 

 

Gender zəmnində müzakirələr zamanı  bir sıra arqumentlər irəli sürülür. Qadın alimlərin sayı azdır. Məsələ bundan ibarətdir ki,  qadın alimlərimiz var və onlar üçün yaradılan imkanlar kişilərlə eyni olmur. Çünki qadınlar bir yox, bir neçə sahəyə yönəlməli olurlar. İş, ailə və övlad kimi faktorlar da bu məsələyə təsir edir. Ona görə də çox təəssüflər olsun ki,  qadınlar elmə gəlsələr də, davamlılıq amili  yüksək şəkildə olmur. Xüsusən də, ADA, BANM və bir çox universitetlərdə  xanımlar elə  sahələrə üz tuturlar ki,  əvvəllər bunlara daha çox kişilər müraciət edirdi. Günümüzdə komputer, sənaye, qida mühənsidliyi üzrə kifayət qədər bacarıqlı və   təhsilli xanımlarımız var. Əsas odur ki, davamlılıq amili təmin olunsun, bu, yarı yolda kəsilməsin. Ümumi baxdıqda  elmin inkişafına  bir çox amillər təsir edir.  Məsələn, laboratoriyalar yoxdur, araşdırma mərkəzləri mövcud deyil. Gənclər üçün şərait yaradılmalıdır. Təəssüflər olsun ki, bu məsələlər axsayır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları