Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-28 14:57:00
Zelenskinin TƏHSİL HƏYATI-Professor oğlunun orta məktəb illəri

 

24 fevraldan Rusiya və Ukrayna arasında münaqişə hərbi müstəviyə keçib.

 

Belə ki, Ukraynanın son günlər göstərdiyi mübarizə əzmi bütün dünyanın diqqətindədir. Bu mübarizənin əsas siması isə Ukrayna prezidenti Volodimir Zelenskidir.

 

AzEdu.az Ukrayna prezidenti Volodimir Zelenskinin təhsil həyatını təqdim edir:

 

Volodimir Zelenski 25 yanvar 1978-ci ildə Ukraynanın Krivoy Roq şəhərində anadan olub. Atası Oleksandr Semenoviç Zelenski texniki elmlər doktoru, professor və kompyuter elmləri şöbəsinin müdiri olub.

 

Volodimir Zelenski anası ilə 4 il Monqolustanın Erdenet şəhərində yaşayıb və birinci sinifi burada bitirib. İngilis dilini mükəmməl öyrənmək üçün Krivoy Roq şəhərinə qayıdaraq buradakı 95 nömrəli məktəbdə təhsil alıb.

 

 

 

 

Məktəb illərində gələcək həyat yoldaşı Yelena Zelenskaya ilə tanış olub. Yelena və Volodimir orta məktəbdə paralel sinifdə təhsil alıblar. Lakin onların tanışlığı bir qədər sonraya – tələbəlik dövrünə təsadüf edib. Həmin vaxt Zelenski Kiyev Dövlət İqtisad Universitetinin Krivoy Roq İqtisadi İnstitutun Hüquq fakültəsində, Yelena isə Texniki Universitetin İnşaat fakültəsinin birinci kursunda təhsil alıblar.

 

 

 

Məktəbi bitirdikdən sonra Volodimir Kiyev Beynəlxalq İqtisadiyyat Universitetinin  Krivoy Roq korpusunda hüquq təhsili alıb. Lakin heç vaxt hüquqa marağı olmadığı üçün aktyorluq sahəsinə yönəlib.

 

2019-cu ilin may ayında isə Ukrayna prezidenti seçilib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları