Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-24 16:20:00
Fizika fənni üzrə vebinar təşkil olunacaq      

Fevralın 25-i saat 17:00-da fizika fənni üzrə “Elektrodinamika” mövzusunda vebinar keçiriləcək.

 

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, vebinarda spiker qismində fizika müəllimi Namiq Süleymanov çıxış edəcək. O, 2018-ci ildə Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilmiş “İstedadlı şagird üçün istedadlı müəllim” olimpiadasının qalibi olub.

 

Vebinarın keçirilməsində məqsəd fizikanın elektrodinamika bölməsində müəllimlərin çətinlik çəkdiyi əsas məqamlara toxunmaq və onlara həm elmi, həm praktik üsullarla izahlar verməkdir.

 

Qeyd edək ki, vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.