Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-22 12:48:00
Azərbaycanın təhsil naziri Gürcüstan Texniki Universitetinində olub  

Azərbaycanın təhsil naziri Emin Əmrullayev Gürcüstan Texniki Universitetini (GTU) ziyarət edib.

 

O, ali məktəbin rektoru David Qurgenidze ilə görüşüb.

 

Təntənəli qarşılanma mərasimindən sonra rektor nazir üçün ekskursiya təşkil edib, bu il 100 illiyi tamam olan universitetlə yaxından tanış edib, əldə olunmuş nailiyyətlərdən danışıb.

 

Tərəflər arasında keçirilən görüşdə Azərbaycan və Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq, tələbə və professorlar arasında elmi mübadilə, həmçinin birgə elmi layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

E.Əmrullayev ali məktəbin azərbaycanlı tələbələri ilə də tanış olub.

 

report