Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-21 13:03:00
Dövlət hesabına xaricdə təhsil proqramı bu illəri əhatə edəcək   

“Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Prezident İlham Əliyevin 2021-ci il 30 sentyabr tarixli Sərəncamı üzrə “2022-2026-cı illər üçün gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” layihəsi hazırlanıb”.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, layihə aidiyyəti üzrə təqdim olunub.

 

Proqram layihəsi təsdiq edildikdən sonra müvafiq tədbirlər planına uyğun olaraq ictimaiyyətə təfərrüatlı məlumat veriləcək. 

 

Nazirlikdən o da bildirilib ki, xaricdə təhsil proqramının 2022-2023-cü tədris ilindən etibarən tətbiq edilməsi gözlənilir.