Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-21 12:36:20
Azərbaycanın təhsil naziri Marneuliyə gedib  

Azərbaycanın təhsil naziri Emin Əmrullayev Gürcüstana rəsmi səfəri çərçivəsində azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonuna səfər edib.

 

O, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinə (GAİM) baş çəkib.

 

İcraçı direktor Orxan Pirverdiyev mərkəzin fəaliyyəti barədə nazirə ətraflı məlumat verib.

 

E.Əmrullayev GAİM-in tədris otaqları ilə tanış olub, müəllim və şagirdləri ilə görüşüb.

 

Nazir Gürcüstanın təhsil nazirinin birinci müavini Tamar Maxaraşvili ilə birgə "Çay Evi"nin nəzdindəki Təhsil və İnkişaf Mərkəzini də ziyarət edib, kursların fəaliyyəti ilə tanış olub.

 

Təhsil nazirinin Marneuli, Bolnisi və Dmanisi rayonlarının azərbaycandilli orta məktəblərinin direktor və müəllimləri ilə görüşü də planlaşdırılıb.

 

report