Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-15 14:36:00
"Müəllimlərin öz hüquq və vəzifələri bilməsində problemlər var "- Rüfət Əzizov

“Müşahidələr (dərs dinləmələri) onu göstərir ki, müəllimlərin sinfin idarəedilməsində, şagirdlərlə ünsiyyət qurmasında, öz hüquq və vəzifələrinin bilməsində problemlər var “

 

AzEdu.az xəbər verir ki,  bunu  Təhsil İnstitutunun direktoru  Rüfət Əzizov  qeyd edib.

 

 Direktor qlobal trendləri nəzərə alaraq müəllimlərə olan tələblərin operativ şəkildə yenilənməsini vacib hesab etdiyini bildirib .

 

“Layihə əsaslı öyrənmənin STEAM və digər alətlər vasitəsilə məktəblərdə genişləndirilməsi artıq başlayıb. Öyrətmə prosesində şagirdlərə fərdi yanaşmanın olmaması da problemlər arasındadır. MİQ imtahan məzmununa əlavə və dəyişiklillər bu səriştələrin qiymətləndirilməsinə əsaslanır. Məktəblərdə mövcud vəziyyətin davamlı təhlili və qlobal trendləri nəzərə alaraq müəllimlərə olan tələblərin operativ şəkildə yenilənməsini vacib hesab edirəm”.

 

 

Direktor sonda vurğulayıb ki, “Müəlimlərin İşə Qəbulu üzrə Pedaqogika/Metodikadan proqrama dəyişikliklər davamlı təhlillərə, müşahidələrə və gələcək planlara əsaslanır. Dəyişikliklərin mahiyyəti ilə tanış olmadan deyilən qərəzli fikirlərin  ümumi prosesə heç bir fayda gətirmədiyindən əminəm!”

 

Gülcahan Məmmədova