Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-11 11:12:00
Gəncədə tələbə qızlar dəm qazından zəhərlənib

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

 

AzEdu.az xəbər verir ki, apa-nın yerli bürosunun məlumatına görə, 2000-ci il təvəllüdlü N.Əhmədova və 1999-cu il təvəllüdlü G.Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Dərhal tibbi yardım göstərilib,vəziyyətlərinin kafi olduğu bildirilir.

 

İlkin məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.

 

Qızların tələbə olduğu bildirilir.