Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-07 14:15:00
UNEC tədqiqatçılarının ötən ay 38 əsəri nüfuzlu elmi nəşr platformalarında indesklənib  

2022-ci ilin yanvar ayı üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tədqiqatçılarının 38 elmi əsəri nüfuzlu elmi nəşr platformalarında indesklənib.

 

Bu barədə AzEdu.az-a UNEC-dən məlumat verilib. Bildirilib ki, bu elmi əsərlərin 24-ü “Scopus”, 14-ü isə “Web of Science” bazalarında yer alıb.

 

UNEC tədqiqatçıları nüfuzlu elmi platformalarda indekslənən elmi nəşrlərə əsərlərini təqdim edərkən mənsub olduğu ali təhsil müəssisəsi kimi “Azerbaijan State University of Economics (UNEC)” qeyd etməlidir. Belə ki, tədqiqatçıların “Scopus” və “Web of Science” bazalarındakı müəllif profilləri onların elmi əsərləri bu bazada indeksləndiyi zaman “Clarivate Analytics” və “Elsevier” şirkətləri tərəfindən yaradılır. Bununla yanaşı, eyni soyadlı, adlı tədqiqatçıların nəşr fəaliyyətindəki kəmiyyət, keyfiyyət göstəricilərində, müəllif profillərində və mənsub olduğu universitetlərdə əks olunmada qarışıqlığın yaranmaması üçün tədqiqatçılar tərəfindən ORCID və Publons profillərinin yaradılması məqsədəuyğundur.