Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-02 11:00:00
Direktor şagirdlərin özlərini deyil, çantasını vurub-RTŞ-dən AÇIQLAMA

 

 

“Direktor çətin şəkildə təlim-tərbiyə olunan uşaqları başa salmağa çalışıb”.

 

Bunu AzEdu.az-a açıqlamasında Cəlilabad Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Orxan Əzimov deyib.

 

Belə ki, Cəlilabad şəhər Akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin direktoru Səidə Şükürova sinifdə şagirdləri çubuqla döyməsi ilə bağlı videogörüntülər yayılıb.

 

RTŞ məsləyə aydınlıq gətirib:

 

“1 fevralda direktor təhsil şöbəsinə çağrılıb. Həmin video 2018-ci ildə lentə alınıb, köhnə materialdır. Səidə xanım həmin vaxt müəllim kimi çalışıb, hazırda o direktordur. Həmin şəxsin izahatı alınıb. O, qeyd edib ki, çətin şəkildə təlim-tərbiyə olunan uşaqları başa salmağa çalışıb. Direktor əlavə edib ki, o, uşaqların özünə deyil, çantasına vurub və onlara fiziki şiddət göstərməyib. Sonra deyib ki, belə hal yaşanmamalı idi və hadisə bir anlıq baş verib. O, vurğulayıb ki, bütün bunları nəzərə alın. Biz izahatı Təhsil Nazirliyinə göndərmişik, onlar məsələni araşdıracaqlar. Yaxın zamanda hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları