Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-01 18:00:00
Yanvar ayı ərzində 261 müəllim işə qəbul olunub

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə yanvar ayı ərzində həyata keçirilən əlavə yerləşdirmə mərhələsində müvafiq vakansiyalara işə qəbul olunan namizədlərin statistikası açıqlanıb.

 

Təhsil İnstitutunun nəzdində İnsan resursları mərkəzindən AzEdu.az-a bildirilib ki, yanvar ayı üzrə ümumilikdə 261 nəfər uğur qazanaraq müəllim kimi fəaliyyət göstərmək imkanı əldə edib.

 

Qeyd edək ki, cari tarixədək müəllimlərin işə qəbulu müsabiqəsi üzrə işə qəbul olunan namizəd sayı 9 min 975 nəfər olub.