Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-01 10:48:00
"Elmi idarələrə gedərkən, oradakı səviyyəni müşahidə edib,  təəssüflənirəm"-Sabir Rüstəmxanlı

"AMEA-da alimlər  sovet təfəkkürü ilə fəaliyyət göstərirlər". 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında deputat Sabir Rüstəmxanlı deyib.

 

Belə ki, son zamanlar Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı məsələlər gündəmdədir. Bu, da elm ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır.

 

Sabir Rüstəmxanlı AMEA-nın hazırkı vəziyyətini qitymətləndirib:

 

“Azərbaycan Milli Elmlər Akademiyasının qüsurları çoxdur. AMEA-nın dost və düşmənləri də var. Baxmayaraq ki, 30 ildir, biz müstəqillik qazanmışıq, lakin elm tam olaraq inkişaf etməyib. Deyirlər ki, elmin milliyəti olmaz, lakin bütün humanitar elmlərin əsas qayəsi Azərbaycan dövlətinə xidmət etmək olmalıdır.

 

Çoxlu alimlər var ki, sovet təfəkkürü ilə fəaliyyət göstərirlər. Dəqiq elmlərin öz problemləri var, amma humanitar elmlərdə bu, daha nəzərəçarpacaq dərəcədədir. Elə hesab edirlər ki, bürokratik əngəllər  gücləndirilsə, elmdə tələbkarlıq artacaq və güclü alimlər yetişəcək. Əksinə,  heç yerdə bu tip əngəllər yoxdur. Müdafiə və doktorluq dərəcələri verilərkən proses asanlaşmalıdır, çünki işini bilən adama heç bir əngəl yaradılmamalıdır. Bəzi şəxslər var ki, onlar dərəcə ala bilməsələr də, alim kimi fəaliyyət göstərə biləcək potensiala malikdirlər.

 

Elmi idarələrə gedərkən, oradakı səviyyəni müşahidə edib  təəssüflənirəm. Akademiyanın işçiləri qeyd edib ki,  dəhlizlərində  gedərkən alimlərin çoxu rus dilində danışırlar. Bu. çox böyük fəlakətdir, müstəqil ölkənin elmlər akademiyasın  alimləri niyə öz dillərində danışa bilmirlər? Digər  məsələlər də var. Hazırda AMEA ilə bağlı söz-söhbətlər tükənmək bilmir. Ona görə də tərəf saxlamaq, kimisə müdafiə etmək  niyyətim yoxdur, amma açıq-aşkar görünən problemlər də var. Uzun illər ideoloji sahəyə  rəhbərlik edən  adamlar indi də  bunu akademiyada davam etdirirlər. Gərək, onlar baş verənlərdən nəticə çıxararaq AMEA-da hər şeyin daha ədalətli  və maraqlara uyğun olmasına  çalışsınlar”.