Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-10 16:50:00
Məleykə Abbaszadə Lerikdə vətəndaşları qəbul edib - FOTO

Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 10-da Lerik Rayon Mədəniyyət Mərkəzində Masallı, Lənkəran, Astara, Cəlilabad, Biləsuvar, Yardımlı və Lerik rayonlarından olan vətəndaşları qəbul edib.

AzEdu.az xəbər verir ki, əvvəlcə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Sonra mədəniyyət mərkəzində rayon ümumtəhsil məktəblərinin direktor və müəllimlərinin iştirakı ilə cari il məzunlarının buraxılış imtahanlarının nəticələri müzakirə edilib və gələn il keçiriləcək buraxılış imtahanlarını keçirilmə qaydaları izah olunub.
Mədəniyyət Mərkəzində komitə sədri tərəfindən 30-a yaxın vətəndaş qəbul edilərək dinlənilib. Qəbul zamanı Dövlət İmtahan Mərkəzinin səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həllini tapıb, araşdırılması zəruri olan bir sıra müraciətlər isə qeydiyyata götürülərək onların həlli üçün konkret tapşırıqlar verilib.
Vətəndaşlar yaradılan şəraitdən razılıq edib, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə bu cür qəbulların keçirilməsinin təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.