Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-28 10:09:00
DİM-in əməkdaşı IEA-ETS Tədqiqat İnstitutunun qış məktəbində iştirak edib  

IEA-ETS Tədqiqat İnstitutu (IERI) tərəfindən təhsil sahəsi üzrə kütləvi qiymətləndirmədə müasir test nəzəriyyəsi və tam seçmə modelinin istifadəsinə dair onlayn qış məktəbi təşkil edilib.

 

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, təhsildə keyfiyyətin qiymətləndirilməsi ilə məşğul olan nümayəndələrin, statistik təhlil üsullarının tətbiqi üzrə mütəxəssislərin iştirak etdiyi təlimə DİM-in Statistik araşdırmalar və elmi layihələşdirmə şöbəsinin baş məsləhətçisi Elmir Şirinov da qoşulub.

 

 

Qış məktəbinin iştirakçıları kütləvi qiymətləndirmələrdə ölçmə dizaynları, klassik test nəzəriyyəsi əsasında sual və test təhlili, kütləvi qiymətləndirmələrdə müasir test nəzəriyyəsi və tam seçmə modelinin istifadəsi məsələləri ilə tanış olublar.

 

 

Qeyd edək ki, Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (The International Association for the Evaluation of Educational Achievement, IEA) dünya səviyyəsində təhsili qiymətləndirmək, təhlil və inkişaf etdirmək məqsədilə fəaliyyət göstərən milli tədqiqat institutları və mütəxəssislərdən ibarət beynəlxalq birlikdir. 60-dan çox ölkə IEA-nın şəbəkəsində və 100-dən çox təhsil sistemi üzrə araşdırmalarında iştirak edir.