Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-24 15:08:00
Zal nəzarətçisi təlimləri davam edir

Respublikanın bütün şəhər və rayonlarını əhatə edən təlimlərdə 7362 nəzarətçinin iştirak edəcəyi gözlənilir

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, yanvarın 6-dan başlayan təlimlərdə AMEA-nın müxtəlif institutlarından, Bakı, Abşeron, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Babək, Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Culfa, Füzuli, Gədəbəy, Göyçay, Hacıqabul, İmişli, İsmayıllı, Kəngərli, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Naxçıvan, Oğuz, Ordubad, Qax, Qazax, Qobustan, Quba, Qusar, Sabirabad, Şabran, Şahbuz, Şamaxı, Sədərək, Şəki, Şərur, Şirvan, Siyəzən, Tərtər, Tovuz, Ucar, Xızı, Yardımlı, Yevlax, Zərdab şəhər və rayonları üzrə ümumtəhsil müəssisələrindən cəlb edilən təcrübəsi az olan və zal nəzarətçisi qismində ilk dəfə iştirak edəcək nəzarətçilər iştirak ediblər.

 

Respublikanın bütün şəhər və rayonlarını əhatə edən təlimlərdə 7362 nəzarətçinin iştirak edəcəyi gözlənilir.

 

Təlimlərdə əsas məqsəd imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı qaydaları izah etmək, nəzarətçilərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq, şəxsi anket məlumatlarını dəqiqləşdirmək, imtahan zalının peşəkar idarə olunması üçün mühüm məqamları qeyd etmək, nəzarətçilərin xüsusi hallarda operativ qərar qəbuletmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-sualla ortaya çıxarmaqdır. Təlimlərdə cavab kartları və cavab vərəqlərinin doldurulması, açıq tipli test tapşırıqlarının (kodlaşdırılması tələb olunan və yazılı formada cavablandırılması tələb edilən test tapşırıqları) cavablarının qeyd olunması və buraxılış imtahanlarında xarici dil fənni üzrə “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusundan istifadə qaydaları nəzarətçilərin diqqətinə çatdırılır, onların imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid elektron təqdimat nümayiş etdirilir. İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün məşğələlər 20-25 nəfərlik qruplarla keçirilib.

 

Xatırladaq ki, bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl təlimlər keçiriləcək.

 

İndiyə qədər DİM-in mərkəzi aparatının və regional bölmələrinin əməkdaşları tərəfindən aparılan təlimlərdə 55 rayon üzrə 1626 nəzarətçi cəlb edilib. Müxtəlif səbəblərdən təlimlərdə iştirak edə bilməyən 153 nəzarətçi qrafikə uyğun olaraq növbəti rayonlar üzrə keçiriləcək təlimlərə dəvət ediləcək.

 

Qeyd edək ki, təlim iştirakçıları DİM tərəfindən keçiriləcək sınaq imtahanlarına cəlb olunacaqlar. Bu da onların təlimlərdə əldə etdikləri nəzəri biliklərin təcrübədə tətbiqinə kömək göstərəcək.

 

Təlimlər qrafikə uyğun olaraq martın 9-dək davam edəcək.

 

Qrafiklə buradan tanış ola bilərsiniz.