Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-24 14:12:00
Xüsusi qabiliyyət imtahanlarında iştirak edən nəzarətçilər üçün təlimlərə başlanılıb

Dövlət İmtahan Mərkəzində xüsusi qabiliyyət imtahanlarında iştirak edən nəzarətçilər üçün təlimlərə başlanılıb.

 

Bu barədə AzEdu.az-a Mərkəzdən məlumat verilib. Bildirilib ki, təlimdə iştirakçılara istiqamətlər üzrə xüsusi qabiliyyət imtahanlarının xüsusiyyətləri, imtahan zalında nəzarətçilərin yerinə yetirdikləri vəzifələr, abituriyentin davranış qaydaları və s. barədə təqdimat edilib. Bununla yanaşı, təlimdə iştirakçıların sualları cavablandırılıb, imtahan zamanı yarana biləcək konkret situasiyalara uyğun tövsiyələr verilib.

 

Təlim COVID-19 pandemiyası ilə əlaqədar qapalı məkanda tələb olunan qaydalara uyğun təşkil olunub. Növbəti təlimin yaxın günlərdə keçirilməsi nəzərdə tutulub.