Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-24 11:24:00
Ötən həftə təhsil dünyasında baş verən yeniliklər-İCMAL

AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə  17-23 yanvar tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Bağça müdirləri və işçilərin əmək müqaviləsinin müddəti uzadılıb:

 

Məktəbəqədər təhsil müəssisəsinin çalışmanın yaş həddinə çatmış müəssisə rəhbərləri və pedaqoji işçiləri ilə bağlanmış əmək müqaviləsinin müddətinin 30 iyun 2022-ci il tarixinədək uzadılması barədə nazirlik tərəfindən rəsmi qərar verilib. Müqavilə müddətinin uzadılması yaş həddinə çatmış şəxslərin razılığı əsasında aparılacaq.

 

Uşaq bağçaları işçilərinin əməkhaqqı artırılıb:

 

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri İdarəsinin işçilərinin aylıq vəzifə maaşları müəyyənləşib.

 

Buraxılış imtahanlarının proqramları açıqlanıb:

 

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışlarını nəşr edib.

 

Jurnallarda müvafiq olaraq, buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarları, ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin Təhsil Nazirliyi ilə razılaşdırılmış modeli, balların hesablanma qaydası dərc edilib.

 

Tələbələrin köçürülməsilə bağlı yenilik edilib:

 

Ali və orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrin köçürülməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması məsələlərinə mövcud qanunvericiliyə əsasən, qış və yay tətili müddətlərində baxılır.

 

Bununla əlaqədar, 2021-2022-ci tədris ilinin ikinci semestrində tələbələrin tədris müddətində gecikmələrin olmaması məqsədilə, qış tətili dövründə transfer.edu.az portalı vasitəsilə respublika daxilində, eləcə də xarici ölkələrin ali və orta ixtisas təhsili müəssisələrindən (bir ixtisasdan və (və ya) təhsilalma formasından digərinə) tələbələrin köçürülməsi həyata keçirilməyəcək.

 

Cari tədris ilinin qış tətili dövründə tələbələrin bərpası və akademik məzuniyyətdən qayıtması məsələlərinə ənənəvi qaydada baxılacaq. Eyni zamanda, köçürülmə və bərpa proseslərinin sadələşdirilməsi istiqamətində normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görülməkdədir.

 

 Məktəblərdə 20 Yanvarla bağlı xüsusi dərslər keçirilib:

 

Təhsil naziri Emin Əmrullayev "20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında əmr imzalayıb.

 

Təhsil nazirliyndən  verilən məlumata görə  yanvarın 19-da ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan xüsusi dərslər keçirilib.

 

 

 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları