Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-13 09:48:00
Fizika və rus dili (tədris dili) fənləri üzrə işçi qruplarının iclası keçirilib

12 yanvar 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində fizika və rus dili (tədris dili) fənləri üzrə işçi qruplarının iclası keçirilib

 

AzEdu.az xəbər verir ki, fizika fənni üzrə işçi qrupunun iclasında gündəlik məsələ I və IV ixtisas qrupları üzrə sınaq imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.

 

Rus dili (tədris dili) fənni üzrə işçi qrupunun iclasında isə gündəlik məsələ 2021‑ci ildə keçirilmiş III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında abituriyentlərin cavab verməkdə çətinlik çəkdiyi bəzi tapşırıqların izahına dair metodik tövsiyənin hazırlanması olmuşdur.

 

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

 

İşçi qruplarının növbəti iclası 19 yanvar 2022-ci il tarixində olacaq.